Həmyerlilər arasında bıçaqlanma
Bizi izləyin

Qırmızı.az

Həmyerlilər arasında bıçaqlanma

Quba rayonunda qonşuların davası bıçaqlanma ilə nəticələnib.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Alpan kənd sakini Rəfael Əhmədov həmyerlisi Şamo Babayevə bıçaqla xəsarət yetirib. Yaralı çoxsaylı bıçaq zərbələrilə Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisəni törədən Rəfayel Əhmədov Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, əməlini etiraf edib.

Hadisənin təfərrüatları araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm