Ağır qəza: 80 yaşlı sürücünün əzilmiş meyiti maşından çıxarıldı
Bizi izləyin

Qırmızı.az

Ağır qəza: 80 yaşlı sürücünün əzilmiş meyiti maşından çıxarıldı

Qobustanda ağır yol qəzası olub. Pespublika Dövlət Yol Polisi İdarəsindən Publika.az –a verilən məlumata görə, 80 yaşlı Tahir Əsgərovun idarə etdiyi “VAZ 2101” markalı avtomobil 64 yaşlı Nəcməddin Hacıyevin idarə etdiyi “Nissan X-Trail”lə toqquşub. Zərbənin gücündən hər iki sürücü avtomobillərdə sıxılmış vəziyyətdə qalıblar.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kəsici alətlər vasitəsilə “VAZ 2101” markalı minik maşının sürücüsü 80 yaşlı Tahir Əsgərovun meyitini maşından çıxarıblar.

“Nissan X-Trail”in sürücüsü isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm