BSU - nun tələbələri Türkiyənin Kadir Has Universitetinin diplomunu ala biləcək
Bizi izləyin

Qırmızı.az

BSU - nun tələbələri Türkiyənin Kadir Has Universitetinin diplomunu ala biləcək

Bakı Slavyan Universitetinin tələbələri Türkiyənin Kadir Has Universitetinin diplomunu ala biləcək

Ötən həftə Bakı Slavyan Universitetinin rektoru AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayevin rəhbərliyi ilə universitetin bir qrup əməkdaşı Türkiyənin Kadir Has Universitetinin qonağı olub.

Universitetlə tanışlıqdan sonra prof. Kamal Abdullayev Türkiyəli həmkarını Bakı Slavyan Universitetinə dəvət edib.

Kadir Has Universitetinin rektoru prof.dr. Mustafa Aydın da öz növbəsində tanışlıqdan məmnunluğunu ifadə edib. Görüşdə universitetlər arasında qarşılıqlı əlaqələrin bütün mümkün variantlarının müzakirə olunmasının vacibliyini vurğulanıb.

Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Kadir Has Universiteti arasında Anlaşma Memorondumu imzalanıb. Sözügedən müqaviləyə görə, universitetlər arasında bakalavr və magistratura səviyyəsində tələbələrin, eyni zamanda müəllim və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.

Bundan başqa, Bakı Slavyan Universiteti ilə Kadir Has Universiteti arasında birgə tədqiqatlar aparılacaq və layihələr gerçəkləşdiriləcək, birgə yay məktəblərinin təşkili də universitetlər üçün prioritet məsələlərdəndir. Sonda Bakı Slavyan Universitetinin rektoru prof. Kamal Abdullayev səmimi qəbul üçün Kadir Has Universitetinin rektoru prof.dr. Mustafa Aydına təşəkkürünü bildirib.

Qeyd edək ki, Kadir Has Universiteti geniş beynəlxalq əlaqələri və yüksək səviyyəli kadrların yetişdirilməsinə görə Türkiyədə xüsusi nüfuza malik universitetlərdəndir. Bakı Slavyan Universitetinin bir sıra xarici ölkə universitetləri ilə sıx əlaqələri var.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm