Şəki dağlarındakı yanğın yenidən alovlanıb
Bizi izləyin

Qırmızı.az

Şəki dağlarındakı yanğın yenidən alovlanıb

Dünən Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə baş vermiş yanğın bu gün yenidən alovlanıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ötən gün baş verən yanğın bu gün saat 12 radələrində söndürülsə də, əsən güclü külək nəticəsində yenidən alovlanaraq Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib.

Yanğının qarşısını almaq üçün əraziyə ETSN-nin Şəki, Zaqatala, Qax və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində səylər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm