Səhiyyə naziri 30 nəfərin problemini dinlədi
Bizi izləyin

Qırmızı.az

Səhiyyə naziri 30 nəfərin problemini dinlədi

Avqustun 29-da səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Şabran, Xaçmaz rayon sakinlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırıb.

Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn 30-a yaxın vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm