Bakıda görünməmiş hadisə: qadınlar kişini soydu
Bizi izləyin

Qırmızı.az

Bakıda görünməmiş hadisə: qadınlar kişini soydu

Paytaxtın Yasamal rayonunda kişi qadınların hücumuna məruz qalıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən Publika.az–a verilən məlumata görə, Şərifzadə küçəsində, Dağlılar məhləsində baş verib. Bakı şəhər sakini Elmir Şirinovun mağazada pul xırdalaması qadınların diqqətindən yayınmayıb.

Onlar Elmir Şirinovun pul kisəsini oğurlamaq məqsədilə onu təqib edib, niyyətlərini həyata keçiriblər. Elmir Şirinovun köməyinə Çevik Polis Alayının əməkdaşları gəlib və oğru qadınları saxlayıb. Sumqayıt şəhər sakini Natiqə Baxşıyeva və Bakı şəhər sakini Nərgiz Ağaməmmədova tutularkən əməllərini etiraf ediblər.

Araşdırmalar davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm