• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qarpızın sirri açıldı

Qarpızın sirri açıldı

Yay aylarında tez-tez yediyimiz qarpız haqqında nə bilirik?

Bu meyvənin təkcə şəkər və sudan ibarət olduğunu düşünənlər əslində yanılırlar. Publika.az-ın məlumatına görə, əslində, bu bitki olduqca faydalıdır. Qarpızın ən böyük faydalarından biri onun qan təzyiqini aşağı salmasıdır. Qarpız intellekti yüksəldir. Onun tərkibində olan B6 vitamini beynin normal fəaliyyəti üçün çox vacibdir. Bu meyvənin tərkibinin 91,5%-i sudur. Bu da gün ərzində suya olan tələbatı ödəyir. Qarpız yemək dəriyə xeyirlidir və artıq çəkini azaldır. Böyük hissəsi sudan ibarət olduğuna görə, bu meyvənin tərkibində kalorinin miqdarı da azdır. Belə ki, bir neçə dilim qarpızda cəmi 46 kalori var.

Qarpızın tərkibində antioksidantlar 40% təşkil edir. Onun tərkibində olan likopin maddəsi immuniteti artırır, onkoloji xəstəliklərin yaranma ehtimalının azaldır və orqanizmin qocalmasının qarşısını alır.

Qarpız görmə qabiliyyətinin artırılması üçün də çox faydalıdır. Onun tərkibində olan A vitamini gözün itiliyini artırır və onu müxtəlif infeksiyalardan qoruyur. Belə ki, hər gün 100 qram qarpız yemək görmənizə çox kömək edə bilər.

Qarpız şirəsi əzələ ağrılarının qarşısını alır. Araşdırmalar göstərir ki, bu, gərgin və yorucu məşqlərdən sonra ən faydalı içki ola bilər. Qarpızın tərkibində olan çitrullin maddəsi arteriyaların funksiyasını yaxşılaşdırır, yüksək qan təzyiqini aşağı salır.

Qarpız arıqlamaq üçün ən yaxşı vasitələrdən biridir. Bu bitki vasitəsilə orqanizm toksinlərdən və digər zərərli maddələrdən xilas olur.

Qarpız həm də ultrabənövşəyi maddələri orqanizmdən yuyub aparır. Onun tərkibində likopin və karotinoidlər var. Likopin ultrabənövşəyi şüaların qarşısını alır, gün yaraları və dəri xərçəngi təhlükəsini aradan qaldırır.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR