Toydan çıxan kişi yolda öldü
Bizi izləyin

Qırmızı.az

Toydan çıxan kişi yolda öldü

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Nizami Rayon Polis İdarəsindən Publika.az –a verilən məlumata görə, Mikayıl Əliyev küçəsi istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü yolu keçən 46 yaşlı Yura Məmmədovu vurub. O, yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşları müəyyən edib ki, qəza zamanı avtomobil yüksək sürətlə idarə olunub.

Bundan başqa, meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Ekspertizanın verdiyi rəyə uyğun olaraq mərhumun içkili olması sübuta yetirilib. O, restoranlardan birindən toydan çıxırmış.

Sürücü hadisə yerindən qaçdığından onun şəxsiyyəti araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm