Hacı İbrahim yapon jurnalistləri Bakıya gətirdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim yapon jurnalistləri Bakıya gətirdi - FOTOLAR

Azərbaycanda səfərdə olan Yaponiyanın nüfuzlu “Tokyo TV” kanalı “Khazar Islands” (“Xəzər adaları”) barədə geniş reportaj hazırlayıb.

Publika.az-ın məlumatına görə, 2 gün davam edən səfər zamanı layihənin rəhbəri olan Avesta Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Hacı İbrahim Nehrəmli) qonaqları qəbul edib və layihə ilə bağlı yapon jurnalistlərə müsahibə verib.

Hacı İbrahim Nehrəmli Yaponiyanın nüfuzlu telekanalının onun layihəsi ilə yaxından maraqlandığından məmnun qaldığını diqqətə çatdırıb.

Azərbaycanlı iş adamı daha sonra yaponiyalı jurnalistlərə deyib:

“Avesta Konserninin meqa layihəsi olan “Khazar Islands” Xəzər dənizində yaradılan süni adalar üzərində salınır. Hazırda bu şəhərə maraq çox böyükdür. Tikilməkdə olan şəhərə elə indidən dünyanın hər bir nöqtəsindən jurnalistlər gələrək reportajlar hazırlayır və məndən geniş müsahibə götürürlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm