
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Zərdab rayon sakini Araz Əsədov idarəetməni itirərək “VAZ-21074” markalı avtomobili aşırıb. Sürücü və avtomobildə olan sərnişin - Sənubər Qasımova xəstəxanaya yerləşdirilib.
Digər sərnişin İradə Osmanova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Simnarə