Qar təmizləməyə çıxdı, həyatını itirdi
Bizi izləyin

Qırmızı.az

Qar təmizləməyə çıxdı, həyatını itirdi

Bakıya yağan qar daha bir şəxsin həyatına son qoyub.

“Qafqazinfo” xəbər verir ki, Bakı sakini olan 1951-ci il təvvəlüdlü Müqabil Kərimov evinin dam örtüyündə yığılan qarı təmizlədiyi vaxt yıxılaraq sol əlini və ayağını sındırıb.

Dərhal Respublika Travmataloji Xəstəxanaya yerləşdirilən M. Kərimova tibbi müdaxilə edilib. Həkimlər tərəfindən müayinə edildikdən sonra xəstənin iki gün içərisində ayağından əməliyyat olunacağı bildirilib.

Lakin dünən gecə saatlarında xəstənin halı qəflətən pisləşib. Həkimlər M.Kərimovun sol ayağında “qanqrena”nın əmələ gəldiyini və dərhal amputasiya edilmək üçün əməliyyata ehtiyac duyduğunu müəyyənləşdiriblər.

Xəstənin ayağında yaranmış “qanqerana” qısa müddət ərzində bütün bədən nahiyəsini əhatə edib və Kərimov əməliyyat masasına çatmamış dünyasını dəyişib.

Yaxınları iddia edir ki, həkimlərin vaxtında lazımi diaqnoz verə bilməmələri, xəstənin yalnızca ayağında sınıq olması qərarına gəlmələri 63 yaşlı Bakı sakininin həyatı bahasına başa gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm