• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Suriyadakı yerlimizin arvadından şok zəng: “Burda hər gün bizi...” - FOTO

Suriyadakı yerlimizin arvadından şok zəng: “Burda hər gün bizi...” - FOTO

Bir neçə gün öncə İsmayıllı rayonundan Suriyaya döyüşməyə gedən ailələrin adından sensasion məlumat yayılıb.

Axar.az jurnalist Elçin İsmayıllının feysbuk səhifəsində tükürpədici bir qeydə istinad edərək xəbər verir.

Belə ki, rayondan Suriyaya gedənlərin həyat yoldaşları təcavüzə məruz qalıblar. Jurnalist bunu həmin qadınlardan birinə istinadən yazıb. Sitat: “Diqqət, diqqət!!! İsmayıllıdan Suriyaya gedən ailəli şəxsi həyat yoldaşından ürəkağrıdıcı zəng olub. Qadın deyib ki, bizləri ərlərimizdən ayırdılar. Neçə gündür ki, onların harada olduğunu bilmirik. Hər gün xeyli sayda əsgər və zabitlər tərəfindən cinsi istismara məruz qalırıq. Mənim sizlərə zəng etdiyimi bilsələr, öldürəcəklər”. Bu zəngin Suriyaya gedən hansı şəxsin arvadı tərəfindən edildiyi açıqlanmayıb. Lakin yada salaq ki, bu yaxınlarda İsmayıllıdan olan 5 nəfər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.

O, Xankəndi orta məktəbində müəllim işləyirdi. Onun Suriyaya getməsi faktını məktəbin direktoru da təsdiqləyib. Ailəsinin bildirdiyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR