• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu günün tarixi - 1 sentyabr

Bu günün tarixi - 1 sentyabr

Miladi: 01 sentyabr 2014
Hicri: 5 Zilqədə 1435

İlin 244-cü günü
İlin sonuna 121 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.54
Günəş - 07.07
Zöhr - 13.45
Əsr - 17.57
Məğrib – 20.30
İşa – 21.52

1752 — Azadlıq Zəngi Filadelfiyaya aparılıb.

1919 -Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Parlament həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.

1928 — Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan edib.

1939 — Corc C. Marşal Birləşmiş Ştatlar Ordusunun ştab rəisi olub.

1949 - Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü sinif) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli idi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu.

1951 — Londonda dünyada ilk supermarket açılıb.

1962 — İranda zəlzələ nəticəsində 20 000 nəfər həlak olub.

1969 — Müəmmər Qəzzafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alıb.

1992 - Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

1993 - Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev hökumətdə bir sıra təyinatlarla bağlı fərmanlar imzalayıb: Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov xarici işlər naziri, general-mayor Məmmədrəfi Məmmədov müdafiə naziri, Səməd Sadıqov iqtisadiyyat naziri, Elçin Əfəndiyev baş nazirin müavini, Qalib Ağayev Milli Bankın İdarə Heyətinin sədri təyin olunub.

2013 – Azərbaycanlı yazıçı-şair Ələkbər Baba oğlu Salahzadə vəfat edib. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. "Kölgədən qorxan", "Yayın qış gecələri", "Nağaraçı naxırçı"pyesləri tamaşaya qoyulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR