• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Məhkum qardaşına telefon ötürmək istədi

Məhkum qardaşına telefon ötürmək istədi

Bakıda bacının məhkum qardaşına telefon ötürmək cəhdinin qarşısı alınıb.

Publika.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Elşən Əli oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhəri, Balaxanı qəsəbəsi B.Əfəndiyev küç. 10 ünvanında yaşayan vətəndaş Sevinc Əli qızı Hüseynovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı S.Hüseynovanın əl çantasının içərisində gizlədilmiş bir ədəd "Nokia E72" markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR