Hava daha da sərinləşəcək
Bizi izləyin

Qırmızı.az

Hava daha da sərinləşəcək

Azərbaycanda havanın nisbətən sərinləşəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən xəbərə görə, sentyabrın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gecə və səhər arabir güclənəcək, gündüz nisbətən mülayimləşəcək.


Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.


Azərbaycanın əksər rayonlarında sentaybrın 2-də əsasən yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm