Tanışını güllələmək istədi....
Bizi izləyin

Qırmızı.az

Tanışını güllələmək istədi....

Quba rayon sakini tanışını güllələməyə cəhd göstərdiyinə görə saxlanılıb.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, İsnov kəndində kənd sakini Əziz Cəlilzadə Bakı şəhər sakini Mehman Kərimovla mübahisə edərək tüfəngdən ona bir dəfə atəş açıb. Lakin güllə boşa çıxıb. Törətdiyi xuliqanlıq hadisəsinə görə Əziz Cəlilzadə saxlanılıb. Onun hadisə zamanı istifadə etdiyi və sənədləri olmayan ov tüfəngi də polis tərəfindən götürülüb.

Qeyd edək ki, Əziz Cəlilzadə əvvəllər də məhkum olunub. Növbəti dəfə onun barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm