Qadın polisə ərindən şikayət etdi
Bizi izləyin

Qırmızı.az

Qadın polisə ərindən şikayət etdi

Xaçmaz rayon sakini polisə ərizə ilə müraciət edərək ərinin onu ölümlə hədələdiyini bildirdib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, rayonun Yaqub-oba kənd sakini Bihi Butayevanın sözlərinə görə, həyat yoldaşı Cəbrayıl Butayev ov tüfəngi ilə onu və oğlu Rövşəni öldürəcəyini deyib. Bundan qorxuya düşən qadın polisə məlumat verərək təhlükəsizliyinin təmin olunmasını istəyib.

Polis dərhal Cəbrayıl Butayevi saxlayıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngini götürüb.

Kişi ifadəsində həyat yoldaşının onunla yola getmədiyini, aralarında tez-tez mübahisə yarandığını bildirib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm