Sabah Bakıda bu yollar bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda bu yollar bağlı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə əlaqədar sentyabrın 2-si və 3-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib.


V.Əsədov bildirib ki, sentyabrın 2-də saat 17:00-dan Heydər Əliyev Beynəlxalq Hava Limanından Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, eləcə də keçiriləcək digər tədbirlərlə əlaqədar Parlament, İnşaatçılar prospektləri, Bakıxanov küçəsi, Vaqif küçəsi istiqamətində fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.


Bakı yol polisi xahiş edir ki, sürücülər və nəqliyyat vasitələri sahibləri qeyd olunan tarixlərdə göstərilən istiqamətlər üzrə şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm