10000 manatlıq qızıl oğrusu tapıldı
Bizi izləyin

Qırmızı.az

10000 manatlıq qızıl oğrusu tapıldı

Bu ilin mayında Binəqədi rayon sakini Cavahir Əmrullayeva mənzilindən xeyli qızıl-zinyət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Polisin axtarışları 3 aydan sonra nəticə verib. Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisəni törədən şəxs artıq saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları mənzildən 10000 manat dəyərində qızıl əşyaları oğurlayan Vahid Allahverdiyevi tutublar. O, oğurluq etdiyini etiraf edib.

Vahid Allahverdiyevin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun digər cinayətlərdə iştirakı araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm