• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

15 km-lik moto yürüş (FOTO)

15 km-lik moto yürüş (FOTO)

Qafqazda ilk dəfə olaraq Şəkidə keçirilən Caucasus moto festivalın proqramına uyğun olaraq bu gün moto yürüş keçirildi.

Dünyanın bir neçə ölkəsindən gələn onlarla bayker Azərbaycanı da təmsil edən baykerlər 15 km-lik yol fəth ediblər.

Şəki şəhərində baş tutan yürüşü izləmək üçün yüzlərlə sakinlər küçələrə axışıb. Onlar motosiklet sürücülərini alqışlarla müşayiət ediblər.

Qeyd edək ki, baykerlər yola çıxmazdan öncə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bütün baykerləri təlimatlandırıb, yol qaydalarını və yürüş planını başa salıb.

Qafqazın ilk Moto Festivalı Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

Elçin Murad













































































Xəbər lenti

DAHA ÇOX XƏBƏR