16 yaşlı sürücü qəza törətdi, 3 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

16 yaşlı sürücü qəza törətdi, 3 nəfər xəsarət aldı

Cəlilabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Buravar kənd sakini 45 yaşlı Balasəm Kazımovun idarə etdiyi “Niva” markalı avtomobil Pərdi kənd sakini 16 yaşlı Cavid Quliyevin idarə etdiyi “VAZ-2107” ilə toqquşub. Nəticədə “VAZ-2107”-nin sərnişini, 14 yaşlı Xalid Tarverdiyev və “Niva”da olan sərnişinlər 54 yaşlı Şərqiyyə Sadıqova və 44 yaşlı Kəmalə Rəcəbova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılardan ikisinin vəziyyəti orta ağırdır, onlar həkim nəzarətindədir. 14 yaşlı Xalid Tarverdiyevin vəziyyəti xüsusilə ağır olduğundan Bakıya gətirilib.

“VAZ-2107”-nin sürücüsü,16 yaşlı Cavid Quliyev hadisə yerindən qaçıb. Polis şöbəsindən bildirilib ki, hadisəyə səbəb 16 yaşlı sürücünün avtomobili yüksək sürətlə idarə etməsi və ötmə əməliyyatını düzgün həyata keçirməməsi olub.

Faktla bağlı cinayət işi başlanıb, sürücünün axtarışları davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm