Trend II onilliyin astanasında (VİDEO)
Bizi izləyin

Qırmızı.az

Trend II onilliyin astanasında (VİDEO)

Ölkənin aparıcı informasiya agentliklərindən olan Trend-in bu gün ad günüdür. İnformasiya məkanında xüsusilə məlumatlarının dəqiqliyi ilə seçilən bu agentlik ikinci onilliyin astanasındadır!


ANS TV-nin məlumatına görə, Azərbaycan, rus, ingilis, ərəb, fars olmaqla 5 dildə oxucusuna xəbər çatdıran Trend İnformasiya Agentliyi bu gün 19 yaşını qeyd edir. Trend-in kollektivi ad günü elə iş başında qeyd edirdi. Hamı ekskuliziv xəbər axtarışında operativ olaraq sayta xəbər yazırdılar. 100 nəfərdən çox işçi heyəti olan Trend-in əhatə dairəsi ölkə ərazisi ilə məhdudlaşmır. Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbir məntəqələri olan Trend hər gün təxminən 500-dən çox məqalə dərc edir.


Trend İnformasiya Agentliyi hazırladıqları xəbərləri ölkə bazarı ilə yanaşı xarici bazara da satırlar. Xeyli sayda informasiya saytlarının bol olduğu bir ölkədə Trend-in oxucusuna xəbəri hansı kriteriyalar əsasında çatdırması bizdə maraq doğurduğundan sualımızı Agentliyin baş redaktor müavininə ünvanlayırıq.


Trend İnformasiya Agentliyinin baş redaktor müavini Emil Hüseynli bildirdi ki, Trend-in əsas məqsədi-etibarlılıqdır. Mənbə etibarlı olmayanda həmin informasiyanın öz təsdiqini tapmadığını deyən müavin Trend-də çıxan hər bir xəbərlərin etibarlı və dəqiq olduğunu vurğuladı.


Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trend-i “RİA Novosti” Agentliyi ilə birlikdə “Avrasiyada daha dinamik inkişaf edən resurs” hesab edib.

2010-cu ildə Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına üzv qəbul edilən Trend 2006-2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” seçilib. Daha sonra ekskuliziv xəbərlərinə görə Trend “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında “Brand Award Azerbaijan-2008” milli mükafatına layiq görülüb.


Oxucuların etibarlı xəbər agentliyi kimi güvəndikləri Trend-ə uğurlar arzulayaraq daha çox mükafatlara nail olmasını diləyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm