Qırmızı.az
30 yaşlı qadın onu zorlayan müdirini güllələdi - TƏFƏRRÜAT
Türkiyədə dəhşətli bir cinayətin üstü
açılıb.
Ankarada yaşayan 30 yaşlı bir qız anası olan Güldən onu
avtomobildə zorlayan tanışı Yasini öldürüb. Qadın Yasinin silahı
ilə onun başından güllələyib.
Polis araşdırmalar zamanı Yasinlə Güldənin əvvəldən
bir-birilərini tanıdığı və qadının həmin şəxsin tikiş fabrikində
işlədiyi məlum olub. Cinayətkar qadın polis tərəfindən saxlanılıb
və məhkəməyə təhvil verilib. İstintaq zamanı maraqlı təfərrüatlar
ortaya çıxıb.
Məlum olub ki, Güldən məktəbli vaxtında Həsən adlı bir gənclə
tanış olub. Bir-birilərini sevən cütlük evlənmək qərarına gəlir.
Lakin Güldənin ailəsi ziyalı olub və maddi cəhətdən Həsənin
ailəsindən imkanlı olub. Bu səbəbdən də Güldənin anası onu kasıb və
savabsız oğlana verməkdən imtina edib. Bu səbəbdən Güldənlə Həsən
birlikdə qaçıblar. Onlar bir müddət xoşbəxt cütlük kimi yaşayıblar.
Lakin sonralar kasıbçılıq və bəzi məqamlar onların arasındakı
məhəbbət odunu söndürməyə başlayıb. Hətta Həsən Güldənə xəyanət
etməyə başlayıb. Bunun səbəbini soruşduqda isə Həsən yoldaşını
döyməyə başlayıb. Güldən bu münasibətdən bezərək ayrılıb və iki
yaşlı qızını da götürərək evdən çıxıb.
Güldəni atası evində qəbul etməyiblər. Qadın məcbur olub kirayə
ev tutub və qızı ilə orada yaşamağa başlayıb. Yaxınlıqdakı tikiş
fabrikində işə düzələn Güldən bir müddət sonra fabrikin direktoru
Yasin ilə tanış olub. Çox keçmədən Yasin Güldənə evlənmək təklif
edib. Qadın bu təklifi rədd edib. Lakin Yasin ondan əl
çəkməyib.
Bir gün Yasin işdən sonra Güldəni avtomobilə mindirərək evə yola salıb. Yolda avtomobili kənara çəkərək, qadını maşından çıxarıb. Onu avtomobilin arxa oturacağına apararaq, orada qadını zorlamağa başlayıb. Qadın onun əlindən qurtarmaq istəsə də, bunu bacarmayıb. Yasin qadını zorladıqdan sonra əynini geyinmək istədiyi vaxt Güldən avtomobildən onun silahını götürüb. Silahı Yasinin başına dirəyən Güldən bir dəfə atəş açıb. Başından güllə yarası alan Yasin hadisə yerində ölüb./Anspress
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət