Ağdaşda ağır qəza: 2 ölü, 1 yaralı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ağdaşda ağır qəza: 2 ölü, 1 yaralı - FOTOLAR

Ağdaş rayonu ərazisində 2 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 256-cı kilometrliyində, Ağdaşın Şıxlı kəndi ərazisində qeydə alınıb.

Ağdaşın Şəmsabad kənd sakini, 1954-cü il təvəllüdlü Akif Səfərəliyevin idarə etdiyi “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində “Mercedes” yanaraq yararsız hala düşüb. Hadisə zamanı “VAZ 2106”-nın sürücüsü Akif Səfərəliyev və sərnişini, 1961-ci il təvəllüdlü İlqar Rəhimov hadisə yerində dünyasını dəyişib.

“Mercedes”in sürücüsü müxtəlif dərəcəli yanıq və sınıq xəsarətləri, ağır kəllə-beyin travması ilə ölümcül vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Bəhruz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm