Tovuzun Şamlıq kəndində yeni məktəb binası istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Tovuzun Şamlıq kəndində yeni məktəb binası istifadəyə verildi

Millət vəkili Tovuz rayonunda Şamlıq məktəbinin yeni binasının açılışında iştirak edib

Tovuz rayonunun Şamlıq kəndində tam orta məktəb üçün inşa olunan 220 şagird yerlik məktəb binası istifadəyə verildi.


Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ziyalılar çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışdılar.

Mərasimdə iştirak edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirdi ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artması ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Son on ildə təkcə Tovuz rayonunda 19 yeni məktəb binası tikilib, altı məktəb binası isə əsaslı təmir edilib. Cari ildə isə rayonda 820 şagird yerlik altı məktəb binası inşa olunub.

Mərasimdə iştirak edən millət vəkili Qənirə Paşayeva yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin müəllim və şagird heyətini təbrik etdi və bu cür məktəbdə təhsil alacaq şagirdlərin təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə etdi. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olduğunu deyib.

Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ziyalılar təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm