Zabitlərin təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
Bizi izləyin

Qırmızı.az

Zabitlərin təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk buraxılışına həsr olunmuş mərasim keçirilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlcə mərasim iştirakçıları Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını, Birinci və İkinci Şəhidlər Xiyabanlarında uyuyan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.


Azərbaycan Hərb Tarixi Muzeyində təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatların təqdim olunması mərasimi ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Dövlət himninin ifası ilə başlanan mərasimi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini polkovnik Abdulla Qurbani açıq elan edərək proqramı tədbir iştirakçılarının nəzərinə çatdırıb.


Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov təkmilləşdirmə kursunun məzunlarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq üç gün öncə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşünü əhəmiyyətli və yaddaqalan bir hadisə kimi dəyərləndirib.


İdarə rəisi qeyd edib ki, gənc zabitlər təkmilləşdirmə kursunda hərbi pedaqogika və psixologiya, hüquq və beynəlxalq münasibətlər, hərbi diplomatiya, taktika, mühəndis hazırlığı, hərbi topoqrafiya, atəş hazırlığı, dövlət sirlərinin mühafizəsi və hərbi qulluqçular arasında təlim-tərbiyə işinin müasir üsulları, o cümlədən kütləvi informasiya vasitələri ilə işləmək və münasibətləri necə qurmaq mövzularında məruzələr dinləyib, bilik və təcrübəyə yiyələniblər.


Sonda idarə rəisi əminliklə bildirib ki, şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk məzunları Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Müdafiə Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu əmr, göstəriş və tələbləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcəklər.


Buraxılış mərasimi ilk məzunlara sertifikatların təqdim olunması ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm