Azərbaycanda içməli su qıtlığı təhlükəsi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda içməli su qıtlığı təhlükəsi

“Artıq bütün anbarlarda su ehtiyatı ölü həcmdədir, Araz su anbarı qurtarıb. Bu il Taxtakörpü su anbarına 180 milyon kub metr su yığmışdıq. Həmin suyu yığmasaydıq, Bakı şəhəri içməyə su tapmazdı”. Bu sözləri Publika.az-a açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Su Anbarları və Su Qovşaqları İstismar İdarəsinin rəisi Əbdürrəhim Hacıyev deyib.

Onun sözlərinə görə, bu cür qıtlıq müxtəlif illərdə, ayrı-ayrı zonalarda təsadüf edilib:

“1989-cu ildə Araz çayı sahilində, 1999-2001-ci illərdə Mingəçevirin bəzi hövzələrində bu cür quraqlıq müşahidə edilmişdi. Bu il isə quraqlıq bütün ölkə üzrə baş verib. Bu cür quraqlıq heç vaxt müşahidə edilməyib. Təkcə Azərbaycan yox, qonşu Gürcüstan, Rusiyada da oxşar hallar yaşanır”.

Ə.Hacıyev onu da əlavə edib ki, çayların quruması su mənbəyi, anbarlarında olan suyun nizamla verilməsi barədə əvvəldən əhaliyə məlumat verilmişdi. Bundan başqa, Nazirlər Kabineti ilin quraqlıq olması, dağlarda suyun azalması ilə bağlı rayonlara xəbərdarlıq göndərmişdi.

Onun sözlərinə görə, mövcud su ehtiyatlarından nizamla istifadə etmək lazımdır:

“Qarabağ, Şirvan, Mil kanalları, İmişlidə Bəhrəmtəpə Hidroqovşağı Saatlı, Sabirabad, İmişli, Füzuli, Beyləqan rayonlarını, Ağstafa su anbarı Qazax və Ağstafanı və s. su ilə təmin edir. Amma çətinliyin olması danılmazdır. Bu il Samur-Abşeron su kanalı sistemində su az olduğu üçün əhalinin su ilə təminatında problem yarandı. Kanallarda da su ehtiyatı ölü səviyyədədir. Bu gündən artıq suvarma işləri başa çatdığından ehtiyatın tükənməsi ciddi problem hesab edilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm