Bakıda kişinin boğazını üzdülər
Bizi izləyin

Qırmızı.az

Bakıda kişinin boğazını üzdülər

Nizami rayonu, Babək prospektində yaşadığı evin yaxınlığında qətlə yetirilən Bakı şəhər sakini, 50 yaşlı Füzuli İsgəndərovun ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Nizami Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisəni törədən şəxsin kimliyi məlum olub. Lakin o, hələ tutulmadığından adı açıqlanmır.

Məlumata görə, mərhum Füzuli İsgəndərov hadisəni törədən şəxslə aralarında baş vermiş məsələyə aydınlıq gətirmək üçün görüşüblər. Görüş yerinə hazırlıqlı gələn şəxs Füzuli İsgəndərova yaxınlaşar-yaxınlaşmaz əlindəki bıçaqla ona bir neçə zərbə endirib. Sonra da amansızlıqla boğazını kəsib.

Hazırda əməliyyat-istintaq qrupu qətli törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.

Faktla bağlı cinayət işi açılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm