• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Satıcını başından vurdu, özünü bıçaqladı, oğlu yaralandı - Fotolar

Satıcını başından vurdu, özünü bıçaqladı, oğlu yaralandı - Fotolar

Salyan rayonunda kecmiş Qarabağ döyüşçüsü satıcı qadının başına çəkiclə zərbə endirdikdən sonra özünə çoxsaylı bıçaq xəsarəti yetirib.

Publika.az-ın məlumatına görə, Qarabağda gedən döyüşlərdə iştirak edən keçmiş zabit Rəfael Rüstəmov mağazada qadın satıcı ilə mübahisə edib. Sonra evə qayıdan Rəfael Rüstəmov yenidən mağazaya gəlib və üzərindəki çəkiclə satıcı qadının başına bir neçə zərbə endirib.

Sonra o, hadisə yerindən uzaqlaşıb. Deyilənlərə gorə, satıcı qadına qarşı etdiyi hərəkətə görə, peşimancılıq hissi keçirən Rəfael Rüstəmov özünə 7 yerdən bıçaqla xəsarət yetirib. Atasının özünü bıcaqladığını eşidən oğlu Elbrus Rustəmov da əsəbindən pəncərə şuşəsini sındıraraq əlini kəsib. Hər 3 yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR