Qırmızı.az
Bakıda avtomobil yandırıldı (VİDEO)
Bakı sakininin avtomobili naməlum şəkildə yandırılıb.
ANS TV-nin məlumatına görə, paytaxt sakini Həsənov Məzahir Ziyadxan
oğlu ona məxsus “Mercedes” markalı avtomobilin yandırıldığını iddia
edir. Sözügedən avtomobil Məzahir Həsənovun Xətai rayonu, Ramiz
Quliyev küçəsi, 4 ünvanlı evindəymiş. Həsənov özü iş adamıdır və
işi ilə əlaqədar Tiflisə də gedib-gəlirmiş. Elə bu hadisədən bir
neçə gün əvvələ qədər də Bakıda olmayıb. Gecə avtomobil yanan vaxt
isə evdə olsa da, bundan gec xəbər tutub.
Kamera görüntülərindən söz düşmüşkən, zərərçəkənin sözlərinə görə,
hadisədən təxminən bir saat əvvəl evin küçəyə və həyətə baxan
kameraları söndürülüb. Yalnız bir kamera işlək vəziyyətdə qalıb ki,
onun istiqaməti də həyətin tamam başqa tərəfinə imiş. Yanğın
söndürüləndən sonra isə yanmış avtomobilin ətrafından pivə
şüşəsinin sınıqları tapılıb. Halbuki, ev sahibi ailəlikcə spirtli
içkilərdən uzaq olduqlarını vurğulayır.
Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da baxış keçirib
və zərərçəkən Məzahir Həsənov ifadəsinin alınması üçün idarənin
təhqiqat şöbəsinə dəvət olunub.
Hərçənd ki, hadisə yerinə ekspert baxışı keçirilməyib və hər hansı
bir nümunə götürülməyib. Zərərçəkmiş ailəni isə indi malının
dəyərindən çox öz təhlükəsizliyi narahat edir. Hadisənin düyününün
açılması isə aparılan araşdırmaların sonuna qalır.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK