Nazir vətəndaşların şikayətlərinə reaksiya verdi
Bizi izləyin

Qırmızı.az

Nazir vətəndaşların şikayətlərinə reaksiya verdi

Səhiyyə naziri Oqtay Şirəliyevin Sumqayıt sakinləri ilə görüşünün nəticələri açıqlanıb. Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda deyilir ki, 11 iyul 2014-cü il tarixdə səhiyyə naziri cənab Oqtay Şirəliyev Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasında Ağdam, Bərdə, Şəki və Fizuli rayon sakinlərini qəbul edib. Sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib.

Daxil olmuş 40-a yaxın müraciətlər əsasında qısa müddət ərzində bir necə nəfəri hepatit komissiyasına, bəziləri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Respublika Dəri Zöhrəvi Dispanserinə, Respublika Klinik Xəstəxanasına, Elmi Cərrahiyyə Mərkəzinə, Milli Onkologiya İnstitutuna, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Səhiyyə Nazirliyin Kadr, Elm və Təhsil şöbəsinə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərişlər verilib. Müraciət etmiş sakinlərin bəzilərinə ehtiyac duyduqları dərman preparatları verilib.

Görülmüş işlər sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm