Sabah yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq

Sentyabrın 3-4-də ölkə ərazisində dəyişkən buludlu, lakin yağmursuz hava şəraiti müşahidə ediləcək. Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, bəzi ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal edilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya departamentinin Hidrometroloji proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Sabah Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında qısa müddətli yağış yağacağı proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək.

Bölgələrdə də əsasən dəyişkən buludlu hava şəraiti müşahidə ediləcək. Gecə və axşam saatlarında dağlıq rayonlarda yağış yağacağı ehtimal edilir.

Aran rayonlarında gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm