“Xəzər adaları” Türkiyə mətbuatında reklam olunacaq
Bizi izləyin

Qırmızı.az

“Xəzər adaları” Türkiyə mətbuatında reklam olunacaq

“Xəzər adaları” (“Khazar İslands”) layihəsinin müəllifi, Avesta Konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Türkiyənin “Star”, “Bloomberg”, “Dünya” və “Kripto” informasiya agentliyi nümayəndələrini qəbul edib.

Publika.az-ın məlumatına görə, görüşdə layihə haqqında ətraflı məlumat verən Hacı İbrahim “Xəzər adaları”nın gələcək perspektivləri barədə də danışıb.

İş adamı bildirib ki, Xəzər dənizində salınan süni arxipelaqda inşa olunan və 78 adadan ibarət olan “Khazar Islands” meqa layihə hesab olunur. Onun sözlərinə görə, artıq burada bu yaxınlarda bir neçə sosial obyektlərin açılışı olub:

“Məhz bu tədbirlər dünya ictimaiyyətinin bu layihəyə marağını daha da artırmaqla, buraya gələn həm turistlərin, həm də beynəlxalq mətbuat nümayəndələrinin sayını artırır. Təsadüfi deyil ki, həm qonşu ölkələrin televiziya kanalları, həm də digər beynəlxalq mətbu orqanları layihənin detalları ilə yaxından tanış olur, bu layihənin reallaşmasının dünya miqyasında çox önəmli bir hadisə olduğunu öz materiallarında xüsusilə qeyd edirlər. Onlardan biri də bu günlərdə Yaponiyanın “Tokyo TV” kanalının əməkdaşları idi. Yaponiyadan gəlmiş jurnalistlər “Xəzər adaları” ilə gəlib yaxından tanış oldular və buradan geniş materiallar hazırladılar”.

Görüşün sonunda isə Türkiyənin aparıcı KİV-ləri ilə Avesta Konserni arasında reklam və marketinq sahəsində müəyyən qarşılıqlı razılıqlar əldə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm