Sağlamlıq haqqında arayış gətirməyənlərin uşaqları...
Bizi izləyin

Qırmızı.az

Sağlamlıq haqqında arayış gətirməyənlərin uşaqları...

“Bu il I sinfə getmək üçün 23658 nəfər qeydiyyatdan keçib”.

Bu haqda Axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqədar sektorundan məlumat daxil olub.

Məlumatda bildirilir ki, bu il I sinfə getmək üçün müraciət edərək qeydiyyatdan keçənlərin sayı 23658 nəfərdir. Buna baxmayaraq, qeydiyyat sentyabrın 15-nə qədər davam edəcək.

Hər bir məktəbdə I sinfə qəbulla bağlı müvafiq komissiya fəaliyyət göstərir. Əgər uşaq I sinfə başlamağa hazır deyilsə, komissiyanın rəyi mənfi olur.

Bundan əlavə “Sağlamlıq haqqında arayış” tələb olunur. Arayışı gətirməyən valideynin ərizəsi qəbul edilmir.

Qeyd edək ki, təhsil almağa tez başlamaq istəyən uşaqların 55%-i oğlandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm