Sumqayıtda gənc oğlan bacısının qayınanasına silahla hücum etdi
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda gənc oğlan bacısının qayınanasına silahla hücum etdi

Sumqayıtda qardaş bacısının qayınanasına xəsarət yetirib.

Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, İdris Nuruzadə silah və silah qısmində istifadə olunan beşbarmaqla bacısının qayınanası Şəfəq Cümşüdovaya xəsarət yetirdiyinə görə polis tərəfindən tutulub.

Məlum olub ki, o, beşbarmağı qadının sifətinə vuraraq onun üzünü çapıb. İdris Nuruzadənin sözlərinə görə, Şəfəq Cümşüdova onun bacısına böhtan ataraq evdən qovub: “Bacım bizdə yaşayır. Mən bacımın paltarlarını və sənədlərini götürmək üçün qayınanasıgilə getdim. Qadın məni nalayiq ifadələrlə təhqir etdi. Mən də əməlimdən peşman deyiləm”.

Polis İdris Nuruzadənin əməlini xuliqanlıq kimi qiymətləndirib. Onun barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm