Dövlət Gömrük Komitəsindən “ebola“ ilə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Dövlət Gömrük Komitəsindən “ebola“ ilə bağlı açıqlama

Azərbaycan sərhədində "Ebola" virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.


Onun sözlərinə görə, Səhiyyə Nazirliyindən alınan təlimata uyğun olaraq, vəziyyəti nəzarət altında saxlamaq üçün sərhəddə DGK-nın həkim əməkdaşları çalışırlar.

A.Əliyev qeyd edib ki, Gömrük Komitəsinin əməkdaşları öz işlərini yerinə yetirirlər və təlimata uyğun olaraq, sərhədi keçən əcnəbi vətəndaşlar barədə Səhiyyə Nazirliyinə məlumat verirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Ebola" virusunun qurbanlarının ümumi sayı 1420 nəfərdir. Onların arasında xəstəliklə mübarizəyə kömək edən 120 tibb işçisi də var. Bu xəstəliyə ilk yoluxma halı fevral ayında Qərbi Afrikada qeydə alınıb. ÜST-nin qeyd etdiyi kimi, virusa yoluxanların sayı 2600 nəfəri ötür. Xəstəliyə yoluxma halları Liberiyada, Syerra-Leonedə, Qvineyada, Nigeriyada və Konqo Demokratik Respublikasında müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm