• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

QMİ-dən gizli kamera məsələsinə münasibət

QMİ-dən gizli kamera məsələsinə münasibət

Şeyxülislam Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsində (QMİ) gizli kameralar quraşdırması məsələsinə rəsmi cavab verilib.

QMİ-nin mətbuat xidmətindən Publika.az-a daxil olan məlumatda deyilir ki, bəzi saytlarda İdarə ilə bağlı yayılan provokativ xarakterli yazılar QMİ-nin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır: "Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri, Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, İdarənin və onun rəhbərinin mühafizəsi, habelə Kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki, təhlükəsizlik kameraları ilə təchiz olunub. Həmçinin, məscidlər kütləvi tədbirlərin keçirildiyi məkan olduğundan bu yerlərdə təhlükəsizlik kameralarının quraşdırılması zəruridir".

Qeyd olunur ki, İdarə daxilində hər hansı izləmə və ya gizli müşahidə ilə bağlı informasiyalar həqiqətə uyğun deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR