• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazir xaricdə oxuyacaq tələbələrlə görüşdü

Nazir xaricdə oxuyacaq tələbələrlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov xaricdə təhsil almaq üçün göndərilən tələbələrlə görüşüb. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.

Nazir həmçinin dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib.

Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ və İspaniyada bakalavriat və magistratura səviyyələrində davam etdirəcək. Bu tələbələr arasında Corc Vaşinqton, Edinqburq, Empreza, Qlazqo, Kinqs Kollec, London İqtisadiyyat Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.

Qeyd edək ki, tələbələrin xaricə göndərilməsi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR