TQDK sədri qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK sədri qəbul keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, sentyabrın 11-də saat 11.00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy rayonunun sakinləri iştirak edə bilərlər.


Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər (eservices.tqdk.gov.az/SedrinQebulu).


Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Mingəçevir, Naftalan şəhərlərinin və Goranboy rayonunun təhsil şöbələrinə, eləcə də TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər.


Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm