Bakıda restoranda dava: 8 nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

Bakıda restoranda dava: 8 nəfər yaralandı

Sərxoş müştərilərlə mühafizəçilər dalaşdı

Bakının Binəqədi rayonu ərazisində tanınmış restoranlardan birində kütləvi dava olub.

Publika.az-ın məlumatına görə, müştərilərlə restoranın mühafizəçiləri arasında baş verən insident zamanı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Restorana müştəri kimi gələn 8-9 nəfərlik qrup sərxoş olduqdan sonra digər müştəriləri narahat etməyə başlayıblar. Bu zaman restoranın müşahidəçiləri onlara mane olmağa çalışıblar və tərəflər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Dava zamanı bıçaqlardan da istifadə edib. İlkin məlumata görə, 5 mühafizəçi və onlarla dalaşanlardan 3-ü xəsarət alıb. Xəsarət alanlar arasında bıçqlananlar da var. Yaralılar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməliyyat qrupu gəlib, araşdırma aparılır.

Dava salan şəxslər axtarılır. /axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm