Bakıda ağır qəza: 6 ölü
Bizi izləyin

Qırmızı.az

Bakıda ağır qəza: 6 ölü

Sabuqçu rayonu Zabrat-Maştağa yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üzü Koroğlu metrosu istiqamətində hərəkət edən “VAZ 2106” markalı avtomaşınla yolun əks istiqaməti ilə hərəkət edən Hafiz Qulievin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü və maşında olan 5 nəfər elə hadisə yerində dünyasını dəyişib. Meyitlər maşından hadisə şahidləri tərəfindən çıxarılıb.

Publika.az-ın məlumatına görə, maşından çıxarılan biri azyaşlı olmaqla 6 gəncin meyiti polislərin müşayəti ilə morqa göndərilib.

Digər maşının sürücüsü Hafiz Quliyev və onun sərnişin Nizami Gülməmmədov isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onların da həyatları üçün təhlükə qalmaqdadır.

Hadisədən sonra qəza yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olnub. Hadisəni araşdıran müstəntiq Eynur Abdullayevin verdiyi məlumata görə, hələlik hadisə nəticəsinə dünyalarını dəyişənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qəzanın səbəblərini və ölənlərin adlarını dəqiqləşdirmək istiqamətində başlanan araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm