Metroda hicablı qadına hücum
Bizi izləyin

Qırmızı.az

Metroda hicablı qadına hücum

Avstriyanın paytaxtı Vyanada 37 yaşlı hicablı Zeliha Çiçək adlı qadına hücum edilib.

Axar.az “Anadolu Agentliyini”nə istinadən xəbər verir ki, Avstriyada doğulub böyüdüyünü, 3 uşaq anası olduğunu deyən qadına metroda başqa bir qadın tərəfindən hücum olub.

Telefonla bacısı ilə danışarkən bir qadının ona hirsli-hirsli baxdığını görən və daha sonra həmin qadının ona “Siz həmişə beləsiniz” deyərək söyüş söydüyünü bildirən Çiçək, ətrafdakıların xəbərdarlıqlarına baxmayaraq qadının onu söyməyə davam etdiyini deyib. Ona fikir vermədən telefonla danışdığını deyən Çiçək hadisə ilə bağlı bu sözləri deyib: “Mən telefonla danışarkən o xanım ayağa qalxdı. Mən də vaqondan düşəcəyini düşündüm. Birdən mənə tərəf gələrək üzümə şillə vurdu. Əlimdəki telefon arxa tərəfə düşərək 3-4 yerə bölündü”.

Polisə şikayət etdiyini deyən Çiçək bu sözləri də əlavə edib: “Biz burada doğulub, burada böyümüşük. Gedəcək başqa yerimiz yoxdur. Bu gün mən hicabdayam deyə mənə belə bir hücum edildi. Mənim bacımın başı açıqdı, amma sabah o da qara saçlı olduğu üçün bu cür hücumlara məruz qala bilər. Bu hücumlar hara qədər davam edəcək? Artıq nələrsə edilməlidir. Avstriya mediasındakı müsəlmanlar əleyhinə kompaniyalar bitməlidir. Başqa ölkələrdəki terror hadisələrinin bütün müsəlmanlara aid edilməsini istəmirik. Biz hər şeyi şişirdən medianın nə etmək istədiyini anlamırıq”.

Xatırladaq ki, Vyanada avqustun 22-də 71 və 84 yaşlı iki hicablı qadına avstriyalı bir cavan oğlan hücum etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm