• USD 1,7020 0,00% EUR 1,9062 0,00%
    • GBP 2,1922 0,00% RUB 0,0300 0,00%

Yol təmir olunur

Yol təmir olunur

Çuxuryurd-Piribəyli avtomobil yolunda təmir işlərinin böyük hissəsi yerinə yetirilib.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Publika.az-a verdiyi məlumata görə, təmir işləri uzunluğu 13 km olan yolun 4-cü texniki dərəcəli hissəsində aparılır.


“Yol boyu zəruri olan hissələrdə beton drenaj kanalı tikilib. Su ötürücü borular yenisilə əvəz olunub. Demək olar ki, asfalt-beton örtüyünün döşənməsi başa çatmaq üzrədir. Sentyabr-oktyabr ayları ərzində işlərin tamamilə yekunlaşması gözlənilir”, - deyə Pünhan Mürsəliyev bildirib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR