Qırmızı.az
Nazirliyin "Çağrı mərkəzi"nə edilən şikayətlərin sayı azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələrində şəffaflığın təmin olunması və əhaliyə xidmət sahələrinə nəzarətin gücləndirilməsi istiqamətində aparılan işlər nazirliyin 142 - "Çağrı mərkəzi"nə şikayət xarakterli müraciətlərin kəskin şəkildə azalaraq minimuma enməsi ilə müşayiət olunur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, cari ilin avqust ayında 142 - "Çağrı mərkəzi"nə daxil olan ümumilikdə 4534 müraciətdən 93,6 faizi (4245 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların əksəriyyəti, yəni 61,5 faizi (2613 müraciət) isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar işəgötürənlər tərəfindən daxil olub. Belə ki, yeni istifadəyə verilən bu sistemdən istifadə qaydaları ilə bağlı bütün sorğu xarakterli müraciətlərə nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib.
"Çağrı mərkəzi"nə daxil olan ümumi müraciətlərin 1289-u sosial təminat növlərindən istifadə və müavinət, 187-si əlilliyin müəyyən edilməsi və reabilitasiya, 359-u məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 2699-u isə əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı ilə bağlı olub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!