Ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum oldu
Bizi izləyin

Qırmızı.az

Ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum oldu

Dünən Sabunçu rayonunda baş verən ağır yol qəzasında ölənlərin beşinin və yaralıların şəxsiyyəti məlum olub.

Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Hafiz Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Mehman Novruzovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub.

Yaralılar ağır vəziyyətdə 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilsə də, onlardan 5-i xəstəxanada dünyasını dəyişib.

3 saylı Sabunçu şəhər Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qəzada dünyasını dəyişənlər bunlardır: "VAZ 2106"-ın sürücüsü Mehman Novruzov, sərnişinləri Murad İmranov, Mürvət Baxşəliyev, Ramil Qasımov, Eyyub Cəfərov. Qəza zamanı ölən digər sərnişinin şəxsiyyəti hələlik məlum deyil.

Yaralılar isə "Mercedes"in sürücüsü Hafiz Quliyev və sərnişin Nizami Gülməmmədovdur. Onların vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm