Qırmızı.az
Xocalı soyqırımı qurbanlarının xatirəsi Torontoda əbədiləşdirilib - FOTO
Azərbaycanın Kanadadakı səfirliyi və Kanada-Azərbaycan
Tərəfdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün
Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 22-ci ildönümünün
anım mərasimi keçirilib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə Toronto və Vaterlo
Universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də
Torontoda yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
İlk olaraq Torontonun mərkəzi parklarından biri olan Harbour Square
Parkda Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın
ətrafında toplantı keçirilib. Həmin ağacın qarşısında bərkidilmiş
memorial lövhədə “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk
edilib. Çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev
ağacın Kanadada Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edən
ilk abidə olduğunu deyərək, bunu Xocalı həqiqətlərinin Kanadada
yayılması baxımından mühüm hadisə kimi dəyərləndirib.
Səfir Kanadada yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin
Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa
edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son
qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb. O, Xocalı
hadisələrinin yad edilməsinin təkcə keçmiş deyil, həmin qırğınları
törətmiş və bu gün Ermənistanın rəhbərliyində təmsil olunan
şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə bağlı
olduğunu vurğulayıb.
Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İlham Axundov
da Xocalı soyqırımını yad edən abidənin Torontonun mərkəzi
parklarından birində yaradılmasını böyük uğur kimi
qiymətləndirib.
Daha sonra tədbir Westin mehmanxanasında Xocalı soyqırımı
qurbanlarının anım mərasimi ilə davam edib.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA