Bakının məşhur restoranında olay – TƏFƏRRÜATLAR
Bizi izləyin

Qırmızı.az

Bakının məşhur restoranında olay – TƏFƏRRÜATLAR

Binəqədi rayonu ərazisində yerləşən “Oazis” restoranında dava düşüb. Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, mübahisə restonada ziyafətə gələnlər arasında baş verib. Belə ki, restorana gələn müştərilər sərxoş vəziyyətdə digər masada əyləşən müştərilərlə mübahisə edib. Məsələyə restoranın mühafizəçiləri müdaxilə edəndə məsələ daha da böyüyüb və kütləvi davaya çevrilib.

Polisdən o da bildirilib ki, münaqişə zamanı heç bir bıçaq, silah və ya silah qismində əşyalardan istifadə olunmayıb. Hadisə zamanı yalnız sillə-təpik və yumruq zərbələri “işə düşüb”. Bu da xuliqanlıq əməli kimi qiymətləndirilib.

Hazırda şahidlər və olayda iştirak edənlər dindirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm