Bakıda kişini küçənin ortasında döydülər
Bizi izləyin

Qırmızı.az

Bakıda kişini küçənin ortasında döydülər

Abşeron rayon sakini Vasif Hüseynov günün günorta vaxtı küçədə döyülərək bıçaqla hədələnməsi ilə bağlı polisə məlumat verib. Yasamal Rayon Polis İdarəsindən və 29-cu polis bölməsindən Publika.az-a verilən məlumata görə, quldurluqda şübhəli bilinən Ağcabədi rayon sakini, 30 yaşlı Cahid Əliyev artıq tutulub.

Məlum olub ki, o, zərərçəkəni döyüb, bıçaqla hədələdikdən sonra onun 200 manat pulunu və mobil telefonunu götürüb qaçıb.

Hadisəni törədən şəxs saxlanılarkən onun üzərindən istehlak miqdarından artıq heroin götürülüb.

O, İfadəsində bildirib ki, narkotikə olan tələbatı onu bu cinayətə əl atmağa vadar edib.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm