Bakı Metropolitenində kadr dəyişikliyi
Bizi izləyin

Qırmızı.az

Bakı Metropolitenində kadr dəyişikliyi

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Metropolitenin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Cəmiyyətin sədri Zaur Hüseynovun əmri ilə metropolitenin baş mühəndisi Fuad Tağızadə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə metropolitendə uzun müddət xidmət rəisi vəzifəsində çalışan Əlixan Osmanov təyin olunub.

Z. Hüseynovun digər əmri ilə Fuad Tağızadə Metropolitenin yeni yaradılmış təlim-tədris mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm