Bakıda ağır qəza; maşınlar toqquşub parçalandı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda ağır qəza; maşınlar toqquşub parçalandı - VİDEO

Paytaxt Bakıda baş vermiş daha bir ağır yol qəzasının videosunu təqdim edirik. Avtosfer.az-ın məlumatına görə, qəzanın paytaxtın hansı küçəsində baş verdiyi tam dəqiq olmasa da, dəqiq olan budur ki, hər iki sürücünün sürət həddini aşması sonda belə bir ağır qəzanın baş verməsinə səbəb olur.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın görüntülərində başqa səbəb axtarmaq olmur. Görüntüyə nəzər saldıqda sürət həddinin kifayət qədər aşıldığı açıq-aydın bəlli olur. Normal sürətdə hər iki avtomobil bu qəzadan yayına və ya az xəsarətlə ötüşə bilərdilər. Lakin burada hər iki avtomobilin sürəti o qədər yüksəkdir ki, sürücülər hətta qəzanın nə zaman baş verdiyini də anlaya bilməzdilər.

Əslində, bura yol ayrıcıdır. Videodan görünür ki, bu yolayrıcı nizamlanmır. Belə olduğu halda, ağ rəngli «Prado» sağdan hərəkət edən digər nəqliyyat vasitəsinə yol verməli idi. Lakin biz görürük ki, hər iki avtomobil gəldiyi sürətlə də toqquşur. Yəni, sürücülər əycəli basmağa da macal tapmırlar. Zərbə o qədər güclü olur ki, avtomobillərin qabaq hissəsi parça-parça olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm